Modern.az

İpoteka kreditlərinin məbləği artıb

İpoteka kreditlərinin məbləği artıb

İqtisadiyyat

29 Mart 2024, 14:49

Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,2 milyon manat kredit verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.

 

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 31,7 % azalaraq 47,9 milyon manat olub.

 

2 ay ərzində İKZF istiqraz buraxmaqla 50 milyon manat vəsait cəlb edib (ötən ilin eyni dövründə vəsait cəlb etməyib), 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 21,9 milyon manat vəsait ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir