Modern.az

Əhalinin banklara olan kredit borcunun məbləği AÇIQLANDI

Əhalinin banklara olan kredit borcunun məbləği AÇIQLANDI

İqtisadiyyat

15 Aprel 2024, 17:56

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

 

Qeyd edilib ki, 2024-cü il mart ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

 

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il mart ayının 1-nə 13267,2 milyon manat olub.

 

2024-cü ilin yanvar-mart aylarında manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata bərabər olub. 1 Avro – 1,85 manat, 100 Türk lirəsi – 5,50 manat, 100 Rusiya rublu- 1,87 manat təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!