Modern.az

Aygün Bəylərin keçmiş həyat yoldaşı niyə susur? - FOTOLAR

Aygün Bəylərin keçmiş həyat yoldaşı niyə susur? - FOTOLAR

Mədəni̇yyət

11 Yanvar 2024, 16:34

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) hazırda Almaniyanın Berlin şəhərində yaşayan keçmiş həyat yoldaşı Rəsul Vilayət hələ də sənətçinin ölümünə reaksiyasını bildirməyib.

Modern.az saytı sosial şəbəkə vasitəsilə Rəsul Vilayətə bəzi suallar ünvanlasa da, ondan cavab ala bilməyib.

Rəsul Vilayət Aygün Bəylərin ölüm xəbərini necə qarşılayıb, Bakıda yaşayan 14 yaşlı qızı Cananın gələcəyi barədə nələrsə düşünürmü və s. kimi suallarımızı cavabsız qoyub.

Qeyd edək ki, Aygün Bəylər təxminən 15 il öncə Rəsul Vilayətlə qeyri-rəsmi nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı dünyaya gəlib.

14 yaşlı Canan hazırda Bakıda xalasının himayəsində yaşayır.

Rəsul Vilayət ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycanı tərk edərək Almaniyaya köçüb.

O, hazırda Berlində özünün yaratdığı “Barini MUSIC Production” şirkətinə rəhbərlik edir.

Berlindəki həyat yoldaşı ilə evlilikdən 3 övladının olduğu bildirilir – 2 oğlan, 1 qız.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi