Modern.az

Azərbaycanlı öz dilində danışsın, yazsın... - Xalq yazıçısı Anar

Azərbaycanlı öz dilində danışsın, yazsın... - Xalq yazıçısı Anar

21 Yanvar 2024, 12:12

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar “Məktəbdə...” layihəsinin qonağı olub.

 

Modern.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan, layihənin növbəti görüşü Bakıdakı 276 nömrəli tam orta məktəbdə keçirilib.

 

Əvvəlcə məktəblə tanış olan qonaq təhsil ocağının kitabxanasına baş çəkib, kitabxana fondundakı bədii ədəbiyyat nümunələri ilə maraqlanıb.

 

Anar xatirələrlə dolu məktəb illərinin ömür səhifəsindəki yerindən, müəllim adının, peşəsinin müqəddəsliyindən, insan şəxsiyyətinin formalaşmasında məktəbin, müəllimin rolundan söz açıb. O, məktəblilərə məsləhətlərini verib, onları düşündürən sualları cavablandırıb.

 

“Ortaq Türk dili haqqında nə düşünürsünüz?” - deyə müəllimlərdən birinin sualını Xalq yazıçısı Anar belə cavablandırıb: 


“Mən “ortaq” sözünün əleyhinəyəm. Çünki “ortaq” deyəndə belə çıxır ki, bütün türk xalqları bir dildə danışmalıdır. Yəni azərbaycanlı Azərbaycan dilində yox, türk dilində danışmalıdır. Eləcə də, özbək də, Türkiyə türkü də elə... Mən onun tərəfdarıyam ki, bir azərbaycanlı öz dilində danışsın, yazsın və ömrü boyu bu dilə sadiq qalsın. Eləcə də, özbək, tatar, qazax, qırğız. Amma bir-biriləri ilə Türkiyə türkcəsində danışa bilərlər. Deyə bilərlər ki, ünsiyyət dili kimi rus dili var. Mən rus dilinin əleyhinə deyiləm. Amma biz ilk növbədə öz dilimizi bilməliyik. Eyni zamanda, rus dilini də bilməliyik. Rusiya ilə bizim 200 illik əlaqələrimiz var. Bu dil vasitəsilə dünyanın çox mədəni sərvətlərinə çıxış əldə edə bilərik. Amma türk dünyasının böyük bir qismi rus dilini bilmir. Bu xalqlar bir-biriləri ilə daha çox Türkiyə türkcəsində danışa bilərlər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi