Modern.az

Xalq artisti adı verilən Fərrux Zakirov KİMDİR...

Xalq artisti adı verilən Fərrux Zakirov KİMDİR...

Mədəniyyət

22 İyul 2024, 15:54

Xəbər verdiyimiz kimi, Fərrux Zakirova “Xalq artisti” fəxri adı verilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib.

 

Modern.az "Xalq artisti" adı verilən  Fərrux Zakirovun dosyesini təqdim edir.

 

Özbək və sovet estrada müğənnisi, bəstəkar və aktyor, məşhur “Yalla” ansamblının (1976-cı ildən) bədii rəhbəri olan Fərrux Zakirov 16 aprel 1946-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə professional musiqiçilər ailəsində anadan olub.

 

Müğənni, yeddi respublika-dövlətin xalq artisti sayılır. Özbəkistanın Dövlət mükafatı laureatıdır. 2002-ci ilin mayından 2004-cü ilin iyul ayına kimi Özbəkistanın mədəniyyət nazirinin müavini olub.



Atası – bariton opera müğənnisi Kərim Zakirov, Özbəkistan SSR-nin xalq artisti (1939) və Əlişir Nəvai adına Özbəkistan Dövlət opera və balet teatrının solisti, anası – Şahistə Səidova da həmçinin müğənni, xalq mahnılarının ifaçısı, Mukimi adına Daşkənd musiqili dram və komediya teatrının solisti idi. Valideynləri, Moskva konservatoriyasında təhsil alarkən tanış olub, sonra ailə qurublar.

 

Ailədə 5 oğul və 1 qız övladı vardı: Batır, Luiza, Nofəl, Cəmşid, Fərrux, Rövşən.

 

Övladlar, aparıcı özbək artistlərinin və o dövrün müğənnilərinin tez-tez gəldiyi qonaqpərvər evdə böyüyüblər. Sənət və yaradıcılıq atmosferi, ailədə övladlara erkən yaşlarından hopub. Beləliklə, Daşkənddə musiqi sahəsində parlayan Zakirovlar nəsli yetişib.

 

Eyni zamanda, Fərrux Zakirovun qardaşlarından Batır (1985-ci ildə vəfat edib) və Cəmşid, həmçinin bacısı Luiza və bacısının qızı Nərgiz Zakirova da müğənnidirlər.

Bu xəbər ilə bağlı
Bakının məşhur qonaqları: “Biz Azərbaycan mahnıları ilə böyümüşük” - Əfsanəvi “Yalla” qrupu - VİDEO
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər