Modern.az

Putinin illik mətbuat konfransına onlar moderatorluq edəcək

Putinin illik mətbuat konfransına onlar moderatorluq edəcək

Media

12 Dekabr 2023, 13:26

Rusiya prezidenti Vladimir Putin bu həftə ilin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.

Modern.az xəbər verir ki, dövlət başçısının sözçüsü Dmitri Peskov Putinin mətbuat konfransına kimlərin moderatorluq edəcəyini açıqlayıb.

O bildirib ki, prezidentin mətbuat konfransına özü moderatorluq edəcək, Rusiya liderinin birbaşa xəttinin moderatorları isə Birinci Kanalın aparıcısı Yekaterina Berezovskaya və VGTRK jurnalisti Pavel Zarubin olacaq.
 

“Rossiya 24” telekanalı xəbər verib ki, dekabrın 1-dən bəri “Vladimir Putinlə ilin yekunları” üçün 850 mindən çox zəng daxil olub. Həmçinin Putinə 310 mindən çox SMS göndərilib.

Rusiya rəhbəri bu suallara dekabrın 14-də canlı yayımda cavab verəcək.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinə sual göndərən hər bir ölkə vətəndaşı mütləq cavab alacaq. 

"Daxil olan müraciətlər vətəndaşlar tərəfindən hansı problemlərin daha kəskin şəkildə qəbul edildiyini təhlil etmək üçün əla sosioloji kəsişmədir. Ümumiləşdirmə işləri davam etdirilir. Zalda, bir daha deyirəm, jurnalistlər olacaqlar. Onlar arasında regionlardan gələnlər və Moskvada akkreditə olunmuş xarici media da təmsil olunacaq”, - Peskov bildirib.

O qeyd edib ki, tədbir zamanı növbə ilə vətəndaşların və auditoriyadan jurnalistlərin sualları səsləndiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!