Modern.az

Əməkdar jurnalist yenə xəstəxanaya yerləşdirildi

Əməkdar jurnalist yenə xəstəxanaya yerləşdirildi

Media

18 Yanvar 2024, 09:08

Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkən Əməkdar jurnalist Rəhman Məmmədzadə (Orxan) bu dəfə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov Əməkdar jurnalisti xəstəxanada ziyarət edib. Rəhman Orxanla həmsöhbət olan Elnur Azadxanov onun səhhəti ilə maraqlanıb, tezliklə sağlamlığına qovuşmasını arzulayıb.

 

Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub.

 

Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.
 

2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
 

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.
 

Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.

 

Rəhman Orxan Modern.az saytı ilə də əməkdaşlıq edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir