Modern.az saytının xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr söbəsinin İctimaiyyətlə əlaqələr sektoruna yeni rəhbər təyin olunub. Bu, ixtisasca peşəkar jurnalist olan Əmrah Fəqan oğlu Cəfərovdur.
Əmrah Fəqanoğlu imzası ilə tanınmış jurnalist İctimaiyyətlə əlaqələr və mətbuat xidməti sahəsində zəngin təcrübəyə malikdir. Belə ki, o, 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1991-96-cı illərdə Azərbaycan radiosunda və televiziyasında bir sıra verilişlərin ssenari müəllifi və aparıcısı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat sektorunda baş mütəxəssis, “Avrasiya” və “İki sahil” qəzetlərində müxbir və şöbə müdiri kimi fəaliyyət göstərib. 2006-cı ildə ARDNŞ Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi təyin olunub və son təyinatadək həmin vəzifədə çalışıb.
Modern.az