Modern.az

Deputatlar tətilə gedirlər...

Deputatlar tətilə gedirlər...

Parlament

29 Dekabr 2010, 13:10

Dekabrın 30-da dördüncü çağırış Milli Məclisinin payız sessiyasının sonuncu iclası keçiriləcək.
Modern.az-a Milli Məclisdən verilən məlumata görə, iclasda “Dövlət rüsumu haqqında”Qanuna, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə, “Fərdi məlumatlar haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər ediləcək. Bundan başqa, Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edəcək.
İclasda digər məsələlərin də müzakirə olunacağı gözlənilir.
Bununla da sessiya başa çatacaq və deputatlar 2011-ci il fevralın 1-dək tətilə çıxacaqlar.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi