Modern.az

“Avro-2016”da bu gün Türkiyə - Xorvatiya...

“Avro-2016”da bu gün Türkiyə - Xorvatiya...

Aktual

12 İyun 2016, 10:24

Fransada keçirilən futbol üzrə Avropa Çempionatında qrup mərhələsində bu gün çox maraqlı qarşılaşma gözlənilir.
Modern.az-ın məlumatına görə, bu gün D qrupunda azərbaycanlı futbol azarkeşlərinin də diqqətini çəkəcək oyunda  Türkiyə millisi Xorvatiya ilə üz-üzə gələcək. Parisdəki "Park de Prins" stadionununda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Türkiyə - Xorvatiya oyunun baş hakimi içveçdən olan Yonas Erikssondur. Ona həmvətənləri Matias Klasenius və Daniel Varnmark (yan xətt hakimləri), Stefan Yohanesson və Markus Strömberqsson (əlavə köməkçi-hakimlər).


Qeyd edək ki, qrupun digər oyunu İspaniya - Çexiya matçı sabah keçiriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək