Modern.az

Xədicə İsmayılın kassasiya şikayətinə baxılacaq

Xədicə İsmayılın kassasiya şikayətinə baxılacaq

14 İyun 2016, 12:08

Tanınmış jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılacaq.

Bu haqda Modern.az saytına məlumat verən vəkil Fariz Namazlı bildirib ki, şikayətə iyunun 28-də saat 11:40-da Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyilə baxılacaq.

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib. Mayın 25-də Ali Məhkəmədə Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!