Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərindəki tərəvəz bazalarından birində azərbaycanlılar arasında mübahisə qətllə nəticələnmişdi.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bizneslə məşğul olan Maarif İsmayılov həmyerlisi 27 yaşlı Emil Hüseynov tərəfindən odlu silahla qətlə yetirilib.
Rusiya mətbuatı artıq hadisənin baş verdiyi anın müşahidə kameraları vasitəsilə çəkilən görüntüsünü yayımlayıb.
Modern.az cinayətin videosunu və hadisənin törədən Emil Hüseynovun fotosunu təqdim edir.
Vüqar İsmayılov