Modern.az

Gürcülər sentyabrdan Avropaya vizasız gedə biləcək

Gürcülər sentyabrdan Avropaya vizasız gedə biləcək

Aktual

1 İyul 2016, 15:38

Almaniyanın Xarici işlər naziri Frank Valter Ştaynmayer Gürcüstanın müəyyən olunmuş tələbləri yerinə yetirdiyini və bunun da nəticəsi olaraq viza sərbəstliyinin sentyabrda əldə olunacağını açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tiflisə səfər edən  Almaniyanın Xarici işlər naziri Frank Valter Ştaynmayer Gürcüstanın müəyyən olunmuş tələbləri yerinə yetirdiyini və bunun da nəticəsi olaraq viza sərbəstliyinin sentyabrda əldə olunacağını açıqlayıb.

 

Gürcüstan Xarici işlər naziri Mikayıl Janelidze isə öz çıxışı zamanı Gürcüstanın Avropa dəyərlərini bölüşdüyünü deyib.

 

Qeyd edək ki, Berlində Gürcüstan vətəndaşlarına viza sərbəstliyinin təmin olunması ilə bağlı tərəddüdlər var.

 

Xüsusilə də Xristian Demokrat Birlik (CDU) partiyası mütəşəkkil cinayətkarlığın və miqrant sayının artması səbəbindən gürcülərin Avropa İttifaqı ölkələrinə vizasız səyahət etməsinə birmənalı baxmırlar.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!