Modern.az

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir”

Aktual

4 İyul 2016, 23:00

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsi məsələsində bir mövqeyi var - Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək. Biz böyük səyləri göstəririk ki, münaqişənin nizamlanmasında real irəliləyişə nail olaq”. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bunu Yerevanda Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Prezidentlərin növbəti görüşü barədə suala cavab verən XİN-in rəsmisi bildirib ki, münaqişə tərəfləri özləri bu məlumatı təqdim etməlidirlər.

"Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib - tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Və biz bunun üçün əlimizdən gələni edirik", - deyə Mariya Zaxarova bildirib.

Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmadı: "Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilmişdir".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!