Modern.az

Baxçalı edam cəzasını DƏSTƏKLƏDİ

Baxçalı edam cəzasını DƏSTƏKLƏDİ

19 İyul 2016, 12:32

 

“Türkiyədə edam cəzasının yenidən hüquqi qüvvəyə minməsinə dəstək verməyə hazırıq”.

 

Modern.az-ın xəbərin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

 

Partiya sədri bildirib ki, edam cəzasını bərpasını könül istəyi ilə yerini yetirə bilərik:

 

“Edam tələbi çox tez-tez səsləndirilir. Əgər Ədalət və İnkişaf Partiyası (AKP) buna hazırdırsa, biz də bu məsələdə varıq. Bu məsələnin reallaşmasını könül istəyi ilə yerinə yetirərik”.

Xatırladaq ki, 15 iyulda Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra ölkədə edam cəzasının yenidən qanuni qüvvəyə minməsi məsələsi gündəmə gəlib.

Hətta bu məsələdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da razı olduğunu deyib.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!