Modern.az

Türkiyədə daha bir TERROR: 3 ölü

Türkiyədə daha bir TERROR: 3 ölü

25 İyul 2016, 15:36

 

Türkiyənin Mardin şəhərində növbəti terror aktı törədilib. Modern.az-ın xəbərinə görə bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Terror nəticəsində Kızıltepe-Viranşehir avtomobil yolunda zirehli polis avtobilinin keçidi zamanı baş verib. 

 

PKK terrorçularının yolda yerləşdirdikləri partlayıcının işə salınması nəticəsində 3 polis əməkdaşı şəhid olub.

 

Terrorçuları zərərsizləşdirmək üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb. Partlayış yerində xüsusi təyinatlılar axtarış əməliyyat tədbirlərini davam etdirir.

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi