Modern.az

Səhiyyə Nazirliyi həkimlərin sertifikasiyasının 2-ci mərhələsini keçirdi

Səhiyyə Nazirliyi həkimlərin sertifikasiyasının 2-ci mərhələsini keçirdi

Təhsil

27 Yanvar 2011, 18:06

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin 2-ci mərhələsini (müsahibə) keçirib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müsahibədə 12.01.2011-ci il tarixində anesteziologiya-reanimatologiya ixtisası üzrə test imtahanı verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər. Sertifikasiya komissiyanın yekdil qərarına görə, müsahibədə iştirak edən 7 həkim növbəti mərhələni də uğurla keçib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!