Modern.az

Türkiyə daha 5 ŞƏHİD verdi

Türkiyə daha 5 ŞƏHİD verdi

28 İyul 2016, 09:47

 

Türkiyə ordusu ötən gecə 5 şəhid verib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Siirt şəhərində zirehli hərbi maşının hərəkəti zamanı PKK terrorçularının yola döşədiyi partlayıcının işə düşməsi nəticəsində 3 əsgər həlak olub.

 

Bundan başqa, Hakkari şəhərində polis nəzarət məntəqəsinə bombalı avtomobillə hücum zamanı daha 2 polis əməkdaşı həlak olub.

 

Hazırda ərazidə PKK terrorçularına qarşı geniş miqyaslı əməliyyat keçirilir.

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü