Modern.az

Elmar Məmmədyarov Gürcüstana gedir

Elmar Məmmədyarov Gürcüstana gedir

Aktual

27 Avqust 2016, 21:06

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana rəsmi səfər edəcək. Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb. Məlumata görə, E.Məmmədyarov səfər çərçivəsində ölkənin baş naziri Georgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.

 

E.Məmmədyarov səfər zamanı Gürcüstan və Azərbaycan arasında ikitrəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək