Modern.az

İsrail 1.4 milyon fələstinlinin sığındığı Rəfahda əməliyyata BAŞLADI

İsrail 1.4 milyon fələstinlinin sığındığı Rəfahda əməliyyata BAŞLADI

6 May 2024, 23:45

İsrail ordusu Rəfahın şərq hissəsindəki sakinləri təxliyə etməyə çağırdıqdan bir neçə saat sonra şəhərə hava zərbələri endirməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ilk olaraq AFP şəhərdəki müxbirinə istinadən məlumat yayıb.

 

Agentliyin məlumatına görə, İsrailin zərbələri fasiləsiz olaraq təxminən yarım saat davam edib. Tezliklə İsrail ordusu şəhərə zərbələr endirdiyini təsdiqləyib.

 

“İsrail Dövləti hazırda Qəzza zolağının cənubundakı Rəfahın şərq hissəsində HƏMAS terrorçularının hədəflərinə zərbələr endirir”, - İsrail Müdafiə Qüvvələri bildirir.

 

İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti də ölkənin hərbi kabinetinin Rəfahda planlaşdırılan hərbi əməliyyatı davam etdirmək qərarına gəldiyini bildirib. Sosial mediada yayımlanan açıqlamada deyilir ki, əməliyyat girovların azad edilməsini sürətləndirmək və “digər müharibə məqsədlərinə nail olmaq” üçün HƏMAS-a hərbi təzyiq göstərmək məqsədi daşıyır.

 

Qeyd edək ki, İsrail hərbçiləri mayın 6-da günortadan sonra Rəfahın şərq hissəsinə vərəqələr səpələyərək mülki əhalini təcili təxliyə etməyə çağırıb. 

 

Qeyd edək ki, Rəfah Qəzza zolağının hər yerindən gələn 1,4 milyon qaçqına ev sahibliyi edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi