Modern.az

Gədəbəy sakini övladının ad günündə arvadını öldürüb (Foto)

Gədəbəy sakini övladının ad günündə arvadını öldürüb (Foto)

Təhsil

5 Fevral 2011, 22:10


Övladlarının ad gününə ər arvadını qətlə yetirdi. Hadisə Gədəbəy rayonunun Ağamalı kəndində baş verib. 2 uşaq anası olan kənd sakini Şəkər Vəliyeva (1976) həyat yoldaşı Elşən Vəliyevlə (1976) mübahisə edib və nəticədə Elşən həyat yoldaşını bıçaq zərbəsi endirib. Şəkər xəstəxanaya çatdırılsa da, elə oradaca dünyasını dəyişib. Rayon prokurorluğundan verilən məlumata görə Elşən bir neçə saat sonra saxlanılaraq istintaqa təhvil verilib. O ilkin ifadəsi zamanı qətlin ehtiyatsızlıqdan baş verdiyini deyib.
"Uşağımın ad günü idi. Günorta saat 13:30 radələri olardı. Dedim əti doğra, o da dedi ki, doğrayıram. Orada bıçaq vardı, saymazyana arxasından vurub keçdim. Beş dəqiqə sonra dedi ki, vəziyyətim ağırdır. Təcili Şəmkirə apardıq reanimasiyaya qaldırandan sonra xəbərim olmadı". Elşən Vəliyevin ifadələrinə hüquqi qiymət araşdırmalardan sonra veriləcək. Hazırda Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə iş başlanılıb. İstintaq aparılır.
 
Xaliq Qurbanov
Gəncə
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!