Modern.az

OPEC-in Vyana görüşü başa çatıb

OPEC-in Vyana görüşü başa çatıb

28 Oktyabr 2016, 23:49

OPEC-ə üzv ölkələrin Vyanada keçirilən texniki görüşü başa çatıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, danışıqlar sabah davam etdiriləcək.

 Bu gün danışıqların uzanmasına səbəb İran və İraq nümayəndələrinin etirazları göstərilir. İlkin məlumata görə, onlar hesab edirlər ki, OPEC adıçəkilən ölkələrin hasilatını düzgün qiymətləndirmir.

 

Vyanada yerli vaxtla saat 10:00-a başlayan OPEC-in xüsusi komitəsinin görüşü davam edir. İclas mətbuata qapalı keçirilir.

 

Qeyd edək ki, oktyabrın 29-da həmçinin kartelə üzv olmayan, lakin hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlara qatılan ölkələrin iştirakı ilə məsləhətləşmələr aparılacaq.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü