Modern.az

Türkiyə Obamanı terrorçulara silah çatdırmaqda ittiham edir

Türkiyə Obamanı terrorçulara silah çatdırmaqda ittiham edir

Dünya

3 Yanvar 2017, 23:45

“Amerika Birləşmiş Ştatları terrorçulara görə Ankara ilə strateji əməkdaşlığını riskə atmamalıdır. ABŞ Türkiyə ilə strateji əməkdaşlığın terror təşkilatı tərəfindən arxa plana keçirilməsinə imkan verməməlidir”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu Parlamentdəki çıxışında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

Baş nazir terrorçulara silahların çatdırılmasına görə məsuliyyəti ABŞ-ın indiki prezidenti Barak Obama administrasiyasının üzərinə qoyub.

Binəli Yıldırım ümidvar olduğunu bildirib ki, ABŞ-ın yeni prezidentinin administrasiyası Türkiyənin terror təşkilatları kimi tanıdığı Suriyadakı PYD kürd qruplaşmasına və onun silahlı qanadı YPG-yə silah çatdırılmalarına son qoyacaq.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi