Modern.az

Tramp Rusiya ilə münasibətdən danışdı

Tramp Rusiya ilə münasibətdən danışdı

Dünya

8 Yanvar 2017, 10:48

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, onun rəhbərliyi zamanı Moskva Vaşinqtona daha çox hörmət edəcək, nəinki indi.


Modern.az Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, Tramp bu barədə öz “Twitter” səhifəsində yazıb.

O, fikirlərini belə ifadə edib: “Rusiya ilə yaxşı münasibətlərə malik olmaq yaxşıdır. Yalnız “səfeh” adamlar və ya axmaqlar bunu pis hesab edirlər. Dünyada kifayət qədər problemlər var. Mənim rəhbərliyim zamanı Rusiya ABŞ-a daha çox hörmət edəcək, nəinki indi və hər iki ölkə dünyada olan bəzi problemlərin üzərində birgə işləyəcək”.

 

Modern.az 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir