Modern.az

"Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi 

İdman

27 Aprel 2024, 22:41

Bu gün Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib. İstanbul derbisi "sarı lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mişi Batşuayi, 69-cu dəqiqədə Can İrfan fərqləniblər.

 

Qonaqların yeganə qoluna 82-ci dəqiqədə Cenk Tosun imza atıb.

 

Günün digər görüşlərində isə “Kasımpaşa” “Samsunspor”u 1:0, “Sivasspor” “Konyaspor”u 1:0, “Başakşəhər" “Hatayspor”u 2:1 hesabı ilə üstələyib.

 

Qeyd edək ki, hazırda "Qalatasaray" 93 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 89 xalla ikinci pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik