Modern.az

Trampın inauqurasiyasına kimlər dəvət olunub?

Trampın inauqurasiyasına kimlər dəvət olunub?

Dünya

16 Yanvar 2017, 12:39

Yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqarusiya mərasimi keçiriləcək.

 

Modern.az xəbər verir ki, həmin gün Tramp və vitse-prezident Maykl Pens Kapitolidə təntənəli sürətdə İncilin üzərində and içəcəklər. Bundan sonra isə Konqresin binasından Ağ Evə qədər uzanacaq izdihamlı paradda iştirak edəcəklər.

 

İnauqurasiya mərasiminin intriqa yaradan məqamlarından biri tədbirdə dəvət alan siyasətçilərin və məşhurların adı ilə bağlıdır. Məsələ ilə bağlı Tramp şəxsən ötən ilin dekabrında məsələyə münasibət bildirmişdi.

 

“Bütün “A” kateqoriyalı məşhurlar mənim inauqurasiyama dəvət almaq istəyir, lakin baxın, görün onlar Hillari üçün nə etdilər. Heç  nə”.

 

Dəvət olunacaq xarici siyasətçilərin siyahısına gəlincə, ABŞ-dakı protokol qaydalarına əsasən, inauqurasiya mərasiminə xarici ölkə səfirləri dəvət olunur.

 

Rəsmi dəvət olunanlar siyahısında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Rusiyanın səfiri Nikolay Laxonin, Ukraynanın səfiri Valeri Çalıy, Avropa ölkələrinin səfirləri və s. olunub. Bundan başqa, inauqurasiya mərasimində Donald Trampın biznes dosltarı və bir sıra Hollivud ulduzları, o cümlədən “Oskar” laureatı Klint İstvudun iştirakı gözlənilir.

 

İnauquasiya mərasimi yanvarın 20-si Bakı ilə saat 13:00-da başlayacaq. Mərasimdə 2-3 milyon arasında insanın iştirakı gözlənilir.

 

Vüqar İSMAYILOV  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü