Modern.az

Bağlanan bankların əmanətçilərinə ödənilən kompensasiya

Bağlanan bankların əmanətçilərinə ödənilən kompensasiya

21 Fevral 2017, 11:05

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

 

Fonddan Modern.az-a verilən məlumata görə, 21 fevralda ümumilikdə 10 bank üzrə 725 milyon 525 min manatdan artıq kompensasiya ödənilib.

 

Belə ki, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 mln. 175 min manat (ümumi kompensasiya öhdəliyinin 98,4%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 54 mln. 356 min manat (ümumi kompensasiya öhdəliyinin 75%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 86 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 128 mln. 388 min manatdan artıq kompensasiya verilib.

 

Məlumatda bildirilib ki, "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 280 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 254 min manatdan artıq kompensasiya ödənilib.

 "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 435 mln. 313 min manat artıq kompensasiya ödənişi həyata keçirilib və ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.

 Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb. Bu tarixədək “Bank of Azerbaijan”ın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya verilib. 

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb. Bu tarixədək “Gəncəbank”ın qorunan əmanətçilərinə ödənilən kompensasiya məbləği  976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) olub. 

Həmçinin, ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci ilədək “Texnikabank”ın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın məbləği 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) olub.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü