Modern.az

Avtobus musiqiçiləri vurdu: 34 ölü

Avtobus musiqiçiləri vurdu: 34 ölü

Dünya

12 Mart 2017, 21:23

Haitidə avtobus insanların sıx olduğu yerdə qəza törədib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimalında Qonaiv şəhərində baş verib. Avtobusun kütlənin üzərinə sürülməsi nəticəsində 34 nəfər həlak olub. Bundan başqa 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Haiti mülki müdafiə rəhbəri Jan Baptist Mari-Alt bildirib ki, avtobus əvvəlcə  iki piyadanı vurub: “Nəticədə bir nəfər həlak olub, bir nəfər xəsarət alıb. Bundan sonra avtobus hadisə yerindən qaçmağa cəhd göstərib və bir qrup musiqiçilərin üzərinə çıxıb”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi