Modern.az

Türkiyədə  qeyri-qanuni miqrantlar saxlanıb

Türkiyədə  qeyri-qanuni miqrantlar saxlanıb

Dünya

13 Mart 2017, 22:24

Türkiyə Sahil Mühafizəsi Çeşmədə dəniz yolu ilə İtaliyaya keçməyə cəhd edən 83 qeyri-qanuni miqrantı saxlayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, onların əksəriyyətinin Suriya vətəndaşları olduğu bildirilir.

İlkin məlumata görə, miqrantların hər biri qanunsuz daşıyıcılara 5,5 ABŞ dolları ödəyib. Gəminin göyərtəsində həyata keçirilən əməliyyat zamanı miqrantların qanunsuz daşınmasında şübhəli bilinən 4 ekipaj üzvü saxlanılıb. Onlardan 3-nün ukraynalı olduğu qeyd olunur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!