ABŞ Ermənistana “Minilliyini çağırışları” (Millennium Challenge) proqramı çərçivəsində verilən yardımı dayandırıb. Bu barədə Vaşinqtonun bu ölkədəki səfiri Mari Yovanoviç məlumat verib. Məlumatda qeyd edilir ki, proqram çərçivəsində beş il ərzində ayrılması nəzərdə tutulan 235 milyon dollar maliyyə yardımı Ermənistana ayrılmayacaq.
Səfir yardımı dayandırmaq barədə qərarı hökümətin sərbəst toplaşmaq və söz azadlığı sahəsində olan problemləri aradan qaldırmaq üçün heç bir səyin göstərilməməsi ilə əlaqələndirib.
“Hesab edirəm ki, bundan sonra təxirəsalınmaz göstəriciləri yüksəltmək üçün zəruri addımları atacaqlar”-deyə Yovanoviç “Azadlıq” radiosuna deyib .