Modern.az

Pensiyaya çıxanlara digər müavinətlər də ödənilib - Palata nöqsanlar aşkarlayıb

Pensiyaya çıxanlara digər müavinətlər də ödənilib - Palata nöqsanlar aşkarlayıb

Aktual

26 May 2017, 13:28

Hesablama Palatası tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri  nəticəsində məlum olub ki, yaşa, ailə başçısını itirməyə, əlilliyə, eləcə də kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan bir çox şəxslərə əmək pensiyası təyin olunduqdan sonra sosial müavinət ödənişləri dayandırılmayıb, nəticədə artıq büdcə vəsaitləri xərclənib.

Modern.az-ın məlumatına görə, bu haqda “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

“Bu da yerli orqanlar tərəfindən pensiya  və müavinətlərin təyinatının sosial müavinət alan şəxslərin adlı siyahıları ilə əmək pensiyaçılarının baza məlumatlarının üzləşdirilməsinin nəticələrinə görə həyata keçirilməsinin zəruri olduğunu qeyd etməyə əsas verir”,-Hesablama Palatası qeyd edib.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü