Modern.az

Sabah Bakıda türk ölkələrinin kikboksinq turniri keçiriləcək

Sabah Bakıda türk ölkələrinin kikboksinq turniri keçiriləcək

Aktual

30 İyun 2017, 17:52

Sabah Azərbaycanda Türk Şurası Dövlətlərinin ilk peşəkarlar arası kikboksinq turniri keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu gün yarış barədə mətbuat konfransı keçirilib.

 

Tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyev bildirib ki, türk dünyası adına belə bir idmanın Azərbaycanda keçirilməsi qürurvericidir.

 

"Yarış sabahdan başlayacaq. Türk dünyasının güvən yer olan Türk Şurasının təşkil etdiyi 4 ölkənin idman və gənclər nazirliklərinin imzaladığı memoranduma əsasən, sabah ölkəmizdə möhtəşəm kikboksinq tədbiri keçriləcək. Məqsədimiz türk dünyası dövlət başçılarının görüşünə dəstək verməkdir".

 

Sabah keçirləcək yarışda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan idmançılar iştirak edəcək.

 

Yarışlar 7 çəki dərəcəsi üzrə keçriləcək.  Yarışlar K1 versiyası üzrə olacaq.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı