Modern.az

Köçkünlərin yaşadıqları evin yanından neft çıxdı - VİDEO

Köçkünlərin yaşadıqları evin yanından neft çıxdı - VİDEO

Aktual

10 Avqust 2017, 00:13

Məcburi köçkünlərin yaşadıqları evlərin yanından, istifadəsiz quyudan neft çıxmağa başlayıb. Modern.az  "Xəzər xəbər"ə istinadən bildirir ki, hadisə Bakı şəhəri Sabunçu rayonunun eyni adlı qəsəbəsində, 6 saylı peşə məktəbinin həyətində qeydə alınıb. Sakinlər indiyə kimi burda hansısa köhnə neft quyusunun olduğunu bilməyiblər. Çünki fəaliyyətsiz quyunun üstü torpaqla örtülübmüş. Yerdən neftin püskürdüyünü görən sakinlər təşvişə düşüb.

 

Ətrafda 50 yaxın məcbur köçkün ailəsi yaşayır. Sakinlər hər an baş verəcək adi partlayışla evlərinin uçaraq dağılacağından narahatdırlar. Ərazidə yaşayanlar bildirirlər ki, bir neçə qurumdan gəlib quyuya baxış keçiriblər, ancaq quyunu bağlamadıqları üçün onların narahatlıqları davam edir.

Məsələ ilə bağlı Sabunçu qəsəbəsinin icra nümayəndəliyi ilə əlaqə saxladıq. Bildirdilər ərazi Azneft İstehsalat Birliyinə məxsusdur və tədbir görülməsi üçün bu quruma müraciət edilib. Həmin idarənin işçiləri bir neçə gün ərzində əraziyə baxış keçirərək mühəndis qaydalarına uyğun olaraq lazımı tədbiri görəcəklər.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!