Modern.az

Ağ rəngli qidalardan çox istifadə edin – VANQADAN SAĞLAMLIQ TÖVSİYƏLƏRİ

Ağ rəngli qidalardan çox istifadə edin – VANQADAN SAĞLAMLIQ TÖVSİYƏLƏRİ

Aktual

17 Avqust 2017, 22:28

20-ci əsrin tanınmış görücüsü, bolqar bilicisi, gələcəyə baxışları ilə dünyada tanınan Vanqanın sağlamlıq haqqında fikirləri də maraqlıdır. Modern.az saytı saysız-hesabsız insanlara şəfa verən Vanqanın sağlamlıq tövsiyələrini təqdim edir.

1. Çox yeməyin. Orqanizm artıq qidadan əziyyət çəkir. Çox yemək məqbul sayılsaydı təbiət bizə ikinci mədəni də verərdi.

2. Ağ rəngli qida məhsullarından daha çox istifadə edin.

3. Bitki çaylarına üstünlük verin.

4. Qida rasionunuzdan yağlı ərzaqları azaldın.

5. Ət məhsullarından istifadəni məhdudlaşdırın.

6. Ən azı həftədə bir dəfə qaynadılmış buğda yeyin.

7. Təmiz su içməyin orqanizm üçün əvəzsiz faydalarını unutmayın.

8. Gün ərzində daha çox hərəkətdə olmağa çalışın.

9. Axşam saat 10-da yatmağa, səhər 5-6-da yuxudan durmağa vərdiş edin. Bu orqanizmin tam istirahəti üçün ən yaxşı vaxtdır.

10. Çox da isti olan su ilə yuyunmayın.

11. Yay aylarında tez-tez ayaqyalın gəzin. Siz bununla torpaqla əlaqənizi bərpa etmiş olacaqsınız.

12. Duru xörəklərdən daha çox istifadə edin. Quru yeməklərdən çalışdıqca imtina etmək lazımdır.

13. Sağlamlığı qorumaq üçün ən vacib şərtlərdən biri də təbii məhsullardan istifadə etməkdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!