Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada dövlət qulluğuna qəbulla bağlı keçirilməsi nəzərdə tutulan müsabiqə və müsahibələrdə müsahibə qrupunun üzvü kimi iştirak edəcək dövlət orqanlarının, o cümlədən məhkəmə orqanlarının nümayəndələri üçün “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təlimlər keçirilir. Komissiyadan Modern.az-a verilən məlumata görə, təlimlərdə namizədlərin potensialının vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə qrupu üzvləri istifadə etməli olduqları müsahibə texnologiyaları barədə məlumatlandırılırlar.