Modern.az

Gənc xanım metroda intihara cəhd etdi

Gənc xanım metroda intihara cəhd etdi

17 Oktyabr 2017, 23:18

Bu gün axşam saatlarında metroda intihara cəhd olub. Hadisə şahidlərinin Modern.az saytına verdiyi məlumata görə, hadisə metronun “Nərimanov” stansiyasında qeydə alınıb. Belə ki, qatar stansiyaya daxil olarkən təxminən 20-22 yaşlarında qız özünü qatarın altına atmaq istəyib.

Ətrafdakıların yardımı ilə qızı xilas etmək mümkün olub. Xanımın hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi