Modern.az

Milli Məclisin 5 deputatı Kiyevə gedir

Milli Məclisin 5 deputatı Kiyevə gedir

Təhsil

28 İyun 2011, 20:06

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində nümayəndə heyətimizin rəhbəri Asəf Hacıyev, millət vəkilləri Mübariz Qurbanlı, Musa Quliyev, Jalə Əliyeva, Ayaz Orucov qurumun Baş Assambleyasının 37-ci plenar sessiyasında iştirak etmək üçün iyunun 29-da Ukraynanın paytaxtı Kiyev şəhərinə yola düşəcəklər.
Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sessiyada siyasi, iqtisadi, sosial, ekoloji sahələrə aid “QDİƏT üzvü olan ölkələrdə geni dəyişdirilmiş orqanizmlərdən istifadə edilməsi: iqtisadi və ekoloji aspektlər”, “Elmi-texniki tərəqqinin sürətləndirilməsində parlamentlərin rolu”, “QDİƏT ölkələrində Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq sanitariya standartlarına riayət edilməsi” mövzularında məruzələr dinləniləcək, maliyyə və təşkilatı məsələlər  müzakirə olunacaq.
Müzakirələr zamanı deputatlar gündəlikdəki məsələlərə öz münasibətlərini bildirəcəklər.
Səfər iyulun 3-də başa çatacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!