Modern.az

Qüdslə bağlı İstanbulda keçirilən zirvə toplantısında terror törətmək istəyiblər

Qüdslə bağlı İstanbulda keçirilən zirvə toplantısında terror törətmək istəyiblər

Dünya

15 Dekabr 2017, 11:33

İstanbulda Baxçalıevlərdə əməliyyat zamanı ələ keçirilən “canlı bomba”nın əsl hədəfinin İslam Əməkdaşlığı Təşkilatının zirvə toplantısı olduğu məlum olub.

 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının keçirdiyi əməliyyatda 60 kilo RDX partlayıcı maddə yüklənən avtomobil, “canlı bomba” ilə birgə 9 nəfər saxlanılıb.

 

Həmin şəxslər PKK üzvü olublar.  

 

Xatırladaq ki, prezident Ərdoğanın dəvəti ilə baş tutan Zirvədə 16 ölkə başçısı olmaqla 48 ölkədən nümayəndə iştirak edib.

 

Liderlər ABŞ-ın Qüdslə bağlı qərarına etiraz olaraq yol xəritəsi hazırlamaq üçün toplaşıblar.

 

Onların arasında Azərbaycan dövlət başçısı İlham Əliyev də olub. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü