Modern.az

Bakı Vağzalında bomba xəbəri bütün qatar reyslərini də təxirə saldı - YENİLƏNİB

Bakı Vağzalında bomba xəbəri bütün qatar reyslərini də təxirə saldı - YENİLƏNİB

Aktual

21 Dekabr 2017, 15:32

“Bakı Vağzalının binasına bomba qoyulması ilə bağlı məlumatın yanlış çıxma ehtimalı da var. Sadəcə bunun hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən təsdiqlənməsini gözləyirik”.

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

 

S.Qədirova hələlik axtarışların dava etdiyini açıqlayarkən, bütün qatar reyslərinin də təxirə salındığını vurğulayıb.

Fövqəladə Hallar Nazirliyi də olayla bağlı məlumat yayıb. Məlumatda deyilir:

"Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir. Əlavə məlumat veriləcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!