Tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev sosial şəbəkədə özünün səhifəsində verdiyi məlumatda qeyd edib ki, bu gün Bakı vaxtı ilə saat 21.00-da ORT telekanalında onun iştirakı ilə çəkilmiş “Pust qovaryat” verilişi efirə çıxacaq. Qeyd edək ki, Rusiyada və postsovet ölkələrində populyar olan bu verilişin aparıcısı məşhur jurnalist Andrey Malaxovdur.
Özünün səhifəsindəki qeydlərdə verilişin mövzusu barədə yazan Z.Rzayev qeyd edib ki, veriliş kriminal ölümlərə həsr edilib. Burada ekstrasensin telepatik qabiliyyətindən istifadə ediləcək və bu imkanları barədə maraqlı suallar cavablandırılacaq.
Modern.az