Modern.az

Ziya Məmmədovun bacısına vəzifə VERİLDİ - RƏSMİ

Ziya Məmmədovun bacısına vəzifə VERİLDİ - RƏSMİ

Aktual

11 Yanvar 2018, 12:27

Ötən ilin sentyabr ayında öz ərizəsi əsasında Təhsil nazirinin əmri ilə 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunan Məhbubə Məmmədovanın  yeni və daha yüksək vəzifəyə təyin olunması barədə mətbuat səhifələrində məlumat yayılıb.

 

Xəbərdə qeyd olunub ki, Məhbubə Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecdən  Modern.az saytına verilən məlumata görə, təyinat ötən il həyata keçirilib.

 

“Məhbubə Məmmədova 2017-ci ilin noyabrından Pedaqoji Kollecdə direktor müavini olaraq çalışır. Ümumiyyətlə, direktor müavinini Təhsil Nazirliyi təyin edir. Hazırda kollecdə imtahan prosesi gedir”.

 

Qeyd edək ki, Məhbubə Məmmədova keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!