Modern.az

Azərbaycandakı narkoman və alkoqoliklərin rəsmi sayı açıqlandı - 1500-ü qadınlardır

Azərbaycandakı narkoman və alkoqoliklərin rəsmi sayı açıqlandı - 1500-ü qadınlardır

Ölkə

9 Mart 2018, 09:53

Dövlət Statasitika Komitəsi əhalinin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnməsi haqqında məlumat açıqlayıb.

Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeydiyyatda olan xəstələrin əsas hissəsini hər yaş qrupunda təxminən eyni sayda olmaqla 25 yaşdan yuxarı şəxslər təşkil edib:


“Müalicə - profilaktika müəssisələrində alkoqolizm, narkomaniya və toksikomaniya diaqnozu ilə qeydiyyatda olan xəstələrin ümumi sayı 51,6 min nəfər olub ki, onlardan qadınların sayı 1,5 min, kişilərin sayı 50,1 mindir. Ümumu xəstələrdən 5 nəfəri isə 15-17 yaşlı yeniyetmələrdi”.

R.Süleymanovun sözlərinə görə, alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulanlar 21, 9 min nəfər, narkomaniya diaqnozu qoyulanlar isə 29, 5 min nəfər təşkil edir.

Həyatında ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayı 2,7 min nəfərdir.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?