Modern.az

Bakıda 3 gündə 37 nəfəri gün vurub

Bakıda 3 gündə 37 nəfəri gün vurub

Təhsil

1 Avqust 2011, 16:16

Havaların kəskin isti keçdiyi son 3 gündə Bakı şəhəri üzrə günvurma ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 37 nəfər müraciət edib.

Bununla da, yay mövsümü başlayandan bu günədək günvurma diaqnozu ilə stansiyaya müraciət edənlərin sayı 107 nəfərə çatıb. Bu haqda APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib. Onun sözlərinə görə, havaların isti keçdiyi son üç gün ərzində günvurma ilə bağlı stansiyaya müraciət edən 37 nəfərdən 17-si xəstəxanaya yerləşdirilib. Qalanlarına isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb: “Ümumiyyətlə, avqustun 1-dək günvurma ilə bağlı bizə müraciət edən 107 nəfərdən 39-u xəstəxanaya yerləşdirilib, qalanlarına tibbi yardım göstərilərək evə buraxılıb”.

M.Həmidov son vaxtlar əhali tərəfindən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayının ümumiyyətlə artdığını deyib. Bu müraciətlər müxtəlif xəstəliklər və baş verən ağırlaşma halları ilə bağlıdır: “İyulun 30-da təcili yardıma 1759, 31-də isə 1675 müraciət daxil olub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?