Modern.az

MI6 qorxuya DÜŞDÜ - Rusiya casuslarını ifşa edə bilər

MI6 qorxuya DÜŞDÜ - Rusiya casuslarını ifşa edə bilər

Dünya

22 Mart 2018, 15:25

Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsindən sonra ölkənin təhlükəsizlik qüvvələri dərin narahatlıq keçirir.

 

Modern.az saytının nüfuzlu “The İndependent” nəşrinə istinadən məlumatına görə, Salisburidəki zəhərlənmə hadisəsindən sonra Britaniyanın MI6 kəşfiyyat idarəsi öz əməkdaşlarının kimliklərinin ortaya çıxmasından narahatdır.

 

Qeyd edək ki, Britaniya zəhərlənmə hadisəsindən sonra Rusiyanın 23 diplomatını ölkədən qovmaq haqqında qərar çıxarıb. Rusiya da analoji addım atıb və 23 britaniyalı diplomatı ölkədən çıxarıb.

 

“The İndependent” yazıb ki, tərəflər bunu etməklə casusları qarşı tərəfin həmlələrindən qorumaq məqsədi güdürlər.

Çünki rəqib tərəfin casusların şəxsi məlumatları ilə bağlı detalları öyrənməsi agentləri terror hücumları daxil digər təhlükələrlə üz-üzə qoya bilər. Bu, soyuq müharibə dövrünün sonlarından etibarən normal praktika hesab olunur.

Məqsəd ona hesablanıb ki, hər hansı informasiyanın sızdırılması mümkün olmasın.

Britaniya ölkədən qovulan Rusiya diplomatlarının adlarını açıqlamayıb.

Rusiya isə Sergey Skripal və qızının zəhərlənməsinə görə Moskvaya qarşı yönələn ittihamları rədd edir.

Qeyd edək ki, keçmiş casus və qızının “Noviçok” zəhəri ilə zəhərləndiyi bildirilir.

 

Fransanın “Le Monde” qəzetinin yazarı Maksim Vodanonun yazdığına əsasən, “Noviçok” SSRİ-də 1970-80-ci illərdə hazırlanan və insan beyninin funksiyalarını iflic edən olduqca zəhərli bir maddədir. Öz təhlükəlilik dərəcəsinə görə “Noviçok” zarin qazı və VX kimi zəhərləri 5-10 qat üstələyir.

 

 “Noviçok”un memarı tatar əsilli sovet alimi Vil Sultanoviç Mərzəyanovdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi