Modern.az

Britaniya qoşunları döyüş hazırlığı vəziyyətinə gətirildi - Suriya təhlükədə

Britaniya qoşunları döyüş hazırlığı vəziyyətinə gətirildi - Suriya təhlükədə

Dünya

10 Aprel 2018, 22:56

 

 Britaniyanın Kiprdəki qoşunları Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib.

Modern.az  xəbər verir ki, ABŞ, Böyük Britaniya və Fransa 24 saat ərzində Suriya ərazisinə zərbə endirə bilər.

Lakin bu məlumatlar hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

Artıq Aralıq dənizi hövzəsində "USS Donald Cook" və "Porter 7" eskadra mina gəmiləri də daxil olmaqla bir neçə Amerika hərbi gəmisi var.

Aprelin 10-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ ev 24-48 saat ərzində Suriyaya qarşı hərbi gücün tətbiqinə dair qərar qəbul edəcək. (report)

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi