Taliban qruplaşması Əfqanıstan hakimiyyətinə qarşı yeni hücuma keçib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar prezident Əşrəf Qaninin sülh təklifini də geri çeviriblər.
Qeyd olunur ki, əməliyyatın adı “Əl-Xəndək” adlandırılıb.
Kabil hökuməti hələ 2010-cu ildən başlayaraq Talibanla birbaşa danışıqlara daxil olmağa çalışır.