Modern.az

“Qarabağ” Allahverdi Bağırovun xatirəsini əbədiləşdirir

“Qarabağ” Allahverdi Bağırovun xatirəsini əbədiləşdirir

Aktual

8 May 2018, 17:42

"Qarabağ"ın stadionu olan "Azərsun Arena"da Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsi əbədiləşdiriləcək.

 

Bu barədə Ağdam klubun prezidenti Tahir Gözəl məlumat verib. Modern.az xəbər verir ki, bununla bağlı təklifi “Qarabağ”ın prezidenti ilə bugünkü görüşündə Qol.az saytının redaktoru Aydın Bağırov irəli sürüb. T.Gözəl “Qarabağ”ın Azərbaycanın dəyərlərinə, o cümlədən klubun öz tarixinə həmişə diqqət və həssaslıqla yanaşdığını söyləyib. O, “Qarabağ”ın kapitanı və məşqçisi olmuş Allahverdi Bağırovla bağlı təklifə görə təşəkkürünü bildirib.



“Qarabağ”ın prezidenti şəhid futbolçunun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflərin hazırlanıb ona təqdim olunması üçün klubun rəhbərliyinə tapşırıqlarını verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir