Modern.az

Avropa Birliyi ABŞ-ın yeni rəhbərliyini “əsl problem” sayır

Avropa Birliyi ABŞ-ın yeni rəhbərliyini “əsl problem” sayır

24 May 2018, 12:42

Avropa Komissiyası sədrinin birinci müavini Timmermans, yeni ABŞ rəhbərliyini Avropa Birliyi üçün "əsl problem" adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə, “EurActiv” informasiya portalı məlumat yayıb.

“Bu yeni ABŞ rəhbərliyi hesab edir ki, Avropanı bütöv yox bölünmüş şəkildə görmək ABŞ maraqlarına uyğundur. Bu Avropa üçün real problem deməkdir” – portalda Timmermansın sözlərindən sitat gətirilib.

 

O həmçinin ticarət və təhlükəsizlik barədə müzakirələrə də narazıçılıq bildirib.

 

Transatlantik tərəfdaşlığın möhkəm tərəfdarı olan Avropa Şurasının sədri Donald Tusk isə Avropa birliyinin artıq müstəqil çıxış edə bildiyi üçün ABŞ-a minnətdar olmalı olduğunu bildirib.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü