Modern.az

Kanadada marixuana leqallaşdırıldı

Kanadada marixuana leqallaşdırıldı

Dünya

20 İyun 2018, 13:09

Kanada hakimiyyəti ölkədə marixuana satışını qanuniləşdirən qanun layihəsini qəbul edib.

 

Modern.az “CBC” kanalına istinadən xəbər verir ki, Kanada Senatında keçirilən səsvermədə 52 deputat lehinə, 29 əleyhinə olmaqla qanun layihəsi qəbul edilib.

 

Qəbul edilmiş qanunun 8-12 həftə ərzində qüvvəyə minməlidir.

 

“Elə indi biz Kanada üçün tarixi səsvermənin şahidi olduq. 90 illik qadağaya son” – senator Toni Din bildirib.

Din bu qanun layihəsini senata təqdim edib.

 

Onun sözlərinə görə sosial siyasətin dəyişməsini göstərən bu addım çox cəsarətli bir addımdır.

Din həmçinin hakimiyyətin artıq xaş-xaşın zərərləri haqda cəmiyyəti maarifləndirmə proqramını başlatmalı olduğuna da diqqət çəkib.

 

Qeyd edək ki, analoji olaraq Meksikada da marixuana 2017-ci ildə qanuniləşdirilib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü