Modern.az

İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviçi qarşılayıb

İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviçi qarşılayıb

16 Sentyabr 2011, 11:13

Sentyabrın 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviçin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. (AzərTAc)
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti
Filip Vuyanoviçi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Monteneqro Prezidentinə raport verib.
Monteneqronun və Azərbaycanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Monteneqro Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Filip Vuyanoviçə, Monteneqro nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!